4 Yanvar 2015 23:21
298

Zaqatala rayonu, Car kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.

FHN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata əsasən, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın isə Şəmkir rayonunda baş verib.

Şəmkir rayonu, Zəyəm qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur.

Yanğın saat 12:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
loading...