Yevlax rayonunda qətl hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Yevlax rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, Yevlax rayon sakini Nuranə Abdullayeva bıçaqlanaraq qətlə yetirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Nuranə Abdullayevanın qaynı tərəfindən qətlə yetirilməsi üzə çıxıb. Cinayəti törədən Samir Abdullayev tutulub. O, törətdiyi cinayəti etiraf edib. İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov