6 Yanvar 2015 10:54
1 242
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi narkotiklərlə bağlı əməliyyat keçirib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, əməliyyatı Bakı şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi əməkdaşları keçirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayon sakini, 1965-ci il təvəllüdlü Nağı Həmidov tutulub. Ondan 5 kiloqram 100 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: