Bakı polisinin dilənçilərin yağışdırılmasına qarşı keçirdiyi əməliyyatlar davam edir.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, növbəti əməliyyatı Binəqədi RPİ Post Patrul Xidməti Bölüyü (PPXB), 6-cı PB, Nərimanov RPİ PPXB, 17-ci PB, Xətai RPİ 34-cü PB əməkdaşları keçirib.
Keçirilən profilaktiki tədbirlər nəticəsində, müvafiq olaraq, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 3 kişi, 8 qadın, 9 azyaşlı saxlanılıb.
Polis əməkdaşları onlarla fərdi söhbətlər aparıb, barələrində inzibati qaydada protokol tərtib ediblər. Sonra onların qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.
Hacı Zeynalov