Nərimanov rayon Məhkəməsində oğurluqda təqsirli bilinən Astara rayon sakini Ramin Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 18-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda və dələduzluqda şübhəli bilinən Astara rayon sakini Ramin Axundov tutulub.
Məlum olub ki, Ramin Axundov 2014-cü ilin yanvarın 24-də paytaxtın M.Arif küçəsində kirayədə yaşadığı evdə otaq yoldaşı, Qazax rayon sakini Gündüz Qarayevin 150 manatını və fotoaparatını oğurlayıb. O, aprelin 26-da Bakı şəhər sakini Əkrəm Məmmədovun etibarından sui-istifadə edərək onun 8650 manat alıb.
Həmçinin müəyyən edilib ki, Ramin Axundov 2013-cü ilin l iyulun 20-dən Suraxanı rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olub.
Hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ramin Axundov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov