Daxili işlər orqanlarından qovulmuş sabiq polis nəfəri ilə bağlı iddialar və görülən tədbirlər açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, səhər də qeyd edildiyi kimi 6 vətəndaşdan daxil olan şikayət əsasında sabiq polis nəfəri Asim Kərimov barəsinə DİN-də cinayət işi başlanılıb:
"Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, orqandan xaric edildikdən sonra vətəndaşlardan hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinir".
Xatırladaq ki, Asim Kərimov vaxtilə çalışdığı Binəqədi Rayon Polis İdarəsinin yeni təyin olunan rəisi İlqar Məmmədovu tənqid etmişdi. Bildirmişdi ki, yeni rəisin göstərişilə avtovağzaldakı mağazalardan və taksi sürücülərindən "haqq" yığılır.