Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Ağdaş rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun mərkəzində yerləşən çayxanalardan birində qeydə alınıb. Çayxanada iki dostun mübahisəsi bıçaqlanma ilə nəticələnib. Hadisə nəticəsində rayonun Aşağı Zeynəddin kənd sakini Cavid Bayramov bıçaqlanıb.
Cavid Bayramov bıçaq xəsarəti ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən edilib. Bu, rayon sakini Vüqar Əliyevdir. Vüqar Əliyev polis əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov