7 Yanvar 2015 15:10
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı rəsmi açıqlama yayıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə yanvarın 6-da saat 12 radələrində Xırdalan şəhərinində yerləşən DSB istehsalat fabrikinin qazanxanasında baş verib. Hadisə nəticəsində qazan partlayıb. İlkin məlumatlara əsasən buxarın normadan artıq yığılması ilə əlaqədar.

Nəticədə orada işləyən Xırdalan şəhər sakinləri Aydın Fətullayev və Miraslan Ağayev hadisə yerində ölüb, Hicran Babayev, Tahir Ağabalayev və Mirzə Ağabalayev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər