Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Kürdəmir rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Sor-Sor kəndində qeydə alınıb.
Kənd ərazisində Ağcabədi şəhər sakini Qulu Əliyev münaqişə zəminində həmyerlisi Xəyal Məmmədovu bıçaqlayıb. Xəyal Məmmədov xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov