8 Yanvar 2015 15:02
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda oğurluqla məşğul olan şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Cəlilabad rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Etibar Təhməzov və Rusif Məmmədov tutulublar.

Onlar yanvarın 6-da Ramiz Nuriyevə, Ramin Əliyevə və Elman Novruzova məxsus avtomobillərdən akkumulyator, magnitofon və təkər oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər