17 İyul 2023 19:23
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 21-nə təyin olunub.

Qeyd edək ki, Əliyeva Fidan Teymur qızı dövlətə xəyanət etməkdə təqsirləndirilir və ona Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin ona verilən ittihamın mahiyyəti açıqlanmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər