Rusiyada ağır yol qəzası törətməkdə təqsirli bilinən azərbaycanlı həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Telman Hüseynov tutulub.
O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsi (ölümlə nəticələnən yol nəqliyyat hadisəsi) ilə axtarışda olub.
Hacı Zeynalov