22 İyul 2023 10:34
1 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hədə-qorxu yolu ilə tələb etmədə təqsirləndirilən iş adamı Vahid Xələfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Azad Məcidovun sicraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.

Qeyd edək ki, iş üzrə zərəçkmiş tərəf isə Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdur.

V.Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü ( Hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

V.Xələfov tikinti şirkətinin sahibidir. Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və məhkəmə çəkişməsi gedir.

Daha əvvəl isə H.Xəlilovla V.Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə H.Xəlilovun xeyrinə qərar çıxarıb.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər