25 İyul 2023 16:00
4 162
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda 1976-cı il təvəllüdlü Rahib ailə münaqişəsi zəminində həyat yoldaşı Tamaraya (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il aprelin 18-də baş verib.

Rahib arvadı Tamara ilə qısqanclıq səbəbindən mübahisə edib. Mübahisə zamanı başı ilə arvadının göz nahiyəsindən, əli ilə üz və boyun nahiyələrindən vurub.

İstintaq orqanı tərəfindən Rahibin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rahib ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, aprelin 18-də təxminən saat 21.00-da yaşadıqları evin qonaq otağında olarkən spirtli içkinin təsiri altında olub: “Həmin zaman Tamara ilə aramızda qısqanclıq zəminində mübahisə yarandı. Tamara dayanmadan mənə cavab qaytardığı və kobud danışdığı üçün qəzəbləndim. Başımla onun sağ göz nahiyəsinə, daha sonra isə əlimlə üz və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurdum”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu deyib.

İş üzrə zərərçəkmiş Tamaranın sözlərinə görə, hadisə günü yaşadıqları evin qonaq otağında olarkən Rahib yenə spirtli içkinin təsiri altında olduğu zaman söhbət edərkən onu əxlaqsızlıqda itiham edib: “Onun əsassız söhbətlər etdiyini dedim və cavab qaytardım. Rahib üzərimə gəldi, mənə xəsarətlər yetirdi”.

Sabunçu rayon Məhkəməsinin hökmü ilə Rahib 1000 manat miqdarında cərimə olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər