12 Yanvar 2015 14:01
548

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.cpm-a Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini Vasif Ağayev münaqişə zəminində Lerik rayon sakini Elvüsal Qaraşlını bıçaqlayıb. Elvüsal Qaraşı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif Ağayev tutulub.

İstintaqa ifadə verən Vasif Ağayev törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
loading...