Beyləqan rayonunda qətl hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 12-də Beyləqan rayonunun SMD-4 qəsəbəsindəki 1 saylı yataqxananada qeydə alınıb. Malikə Hüseynovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Tural Bəhrəmov tutulub.
Hacı Zeynalov