15 Sentyabr 2023 17:30
2 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Daha sonra Məlikməmməd Qurbanov ifadə verib. O özünü qismən təqsirli bilib.

İttihama münasibət bildirən Məlikməmməd Qurbanov özünü qismən təqsirli sayıb. Qeyd edib ki, hərbi qulluqçu olduğu üçün ona verilən tapşırıqları icra edib və dövlətə vurduğu ziyanı tam ödəyib.

Məlikməmməd Qurbanovun sözlərinə görə, idarə rəisi kimi vəzifəsi nazirlik və hərbi hissələrdən gələn sifarişləri vaxtı-vaxtında və keyfiyyətlə təmin etmək olub. O bildirib ki, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırıqlarını icra edib.

Təqsirləndirilən şəxs seyib ki, alınan bütün pulları birbaşa şəxsən özü xidməti otağında Nəcməddin Sadıkova verib: "Kimə nə qədər pul verilməli olduğu o müəyyən edib. Düzdür, şirkətlərlə danışıqları mən aparmışam. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülüməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi. Mən sadəcə işlərin icrasını həyata keçirmişəm”.

Məlikməmməd Quliyev Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israfetmə) maddəsi ilə təqsirli bilinir.

Cinayət işi üzrə zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb.

Qeyd edək ki, Məlikməmməd Qurbanov Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov və nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyevlə birlikdə həbs edilib.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər