Bakının Binəqədi rayonunda sexlərdən birində partlayış olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 13-də, saat 12 radələrində Binəqədi rayonunun A.Kunanbəyov küçəsində qeydə alınıb. Bakı şəhər sakini Tahir Qocayevə məxsus avtomobil təmiri sexində təbii qazın sızmasından partlayış baş verib.
Yanıq xəsarəti almış T.Qocayev xəstəxanaya yerləşdirilib.
Hacı Zeynalov