Xocalıda soyqırımı törədənlərdən biri Vaqif Xaçaturyanın barəsində olan cinayət işi üzrə zərərçəkmişlərin adları məlum olub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Bunlar Xudayarova Sürəyya Alış qızı, Zeynalov Məhəmməd Addıxan oğlu, Mehrəliyeva Elnarə Çərkəz qızı, Kazımov Xəlil Mahmud oğlu, Eyyubov Kamil Baba oğlu, Kazımov Ramil İbrahim oğlu, Rəcəbov Nemət Kamal oğlu, Salmanov Teymur Rəfi oğlu, Quliyev Mətləb Qənimət oğlu, Kazımov Səfa Xəlil oğlu, Ağayev Faiq Alış oğlu, Mehralıyev Amil Əli oğlu, Quliyeva Ruba Nağı qızı, Quliyev Qənimət Əli oğlu, Quliyev İsmayıl Qənimət oğlu, Cəbiyev Qərib Nemət oğlu, Mehralıyeva Ziba Məmməd qızı, Rəcəbov Kamran Kamal oğlu, Əzizova Elmira Məhəmməd qızı, Əkbərov Nadir Həsənbala oğlu, Novruzov Novruz Məhərrəm oğlu, Nurməmmədov Zahid Mirzə oğlu, Nurməmmədov İbrahim Hüseyn oğlu, Behbudov Behbud Hacı oğlu, Məmmədov Təmraz Heybət oğlu, Salmanov Eldar Rəfi oğlu, Novrizov Zakir Novruz oğlu, Novruzova Adilə Məhəmməd qızı, Sadıqov Ramil Ramiz oğlu, Qasımova Nübar Məhəmməd qızı, Əzimov Tahir Eyyub oğlu, Qonaqov Musa Mirzağa oğlu, Səfərəliyev Zakir Qadeş oğlu, Behbudov Əli Məhəmmədəli oğlu, Mehrəliyeva Firuzə Rza qızı, Nurməmmədova Pakizə İslam qızı, Nurməmmədov Hüseyn Rza oğlu, Hacıyev Fazil Həsən oğlu, Allahverdiyev Vidadi Müsül oğlu, Allahverdiyeva Ayşən Murad qızı, İbadullayev Nadir Nəbi oğlu, Mehrəliyeva Firuzə İsmayıl qızı, Novruzova Rübabə Novruz qızı, Hüseynov Çingiz Xanəhməd oğlu, İbadullayev Elşən İsmayıl oğlu, Alışov Alış Musa oğlu, Rəhimova Bəyim Oqtay qızı, Hacıyev Sadiq Həsən oğlu, Kazımov Məmməd İslam oğlu, Hacıyev Bayram Həsən oğlu, Salmanov Nurəddin Yekafi oğlu, Mehrəliyev Əli Mürsəl oğlu, Rəhimov Salman Oqtay oğlu, Salmanov Ədalət Yekafi oğlu, Qasımov Ənvər Bahadur oğlu, Hembətov Bəhlul Müseyb oğlu, Novruzova Rahilə Novruz qızı, Rüstəmov Hidayət Eldar oğludur.
Həmçinin Xocalı rayon İcra Hakimiyyəti də zərərçəkmiş qismində tanınıb.
Qeyd edək ki, Vaqif Xaçaturyanın cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Camal Ramazanovun icraatına verilib.
Qeyd edək ki, qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 22 dekabr 1991-ci il tarixdə Xocalı rayonunun Meşəli kəndində Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Azərbaycan Respublikasının Prokurorluq orqanları tərəfindən başlanmış cinayət işinin istintaqı davam etdirilir.
İstintaqla müəyyən edilib ki, qeyd olunan tarixdə 1955-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, Əsgəran rayonunun Badara kəndində doğulmaqla həmin kənddə yaşamış, Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmiş Xaçaturyan Vaqif Çerkezoviç erməni milliyyətindən olan digər şəxslərlə birgə Meşəli kəndində yaşamış azərbaycanlıları bir milli qrup kimi bütövlükdə məhv etmək məqsədilə müxtəlif silahlardan, o cümlədən, odlu silah və piyadaların döyüş maşınından istifadə etməklə həmin kəndə silahlı basqın edib azərbaycanlı milliyyətindən olan 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər azərbaycanlını isə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salıb.
Bundan başqa, Xaçaturyan Vaqif Çerkəzoviç qabaqcadan əlbir olduğu şəxslərlə birgə cinayətkar hərəkətlərini davam etdirərək dövlətə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurub.
Aparılan cinayət işi üzrə kifayət qədər əsaslı şübhələr yarandığından Xaçaturyan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmiş, lakin olduğu yer istintaqa məlum olmadığına görə barəsində 12 noyabr 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.