15 Yanvar 2015 14:08
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Samir Cavadov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəfayıl Babayevi vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: