15 Yanvar 2015 15:51
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirli bilinən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən məlumat verilib.

Məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini, 1971-ci il təvəllüdlü Ülkər Abbasova və Şəmkir rayon sakini, 1982-ci il təvəllüdlü Təhminə Bayramova həbs edilib.

Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə məhkum olunmuş Ülkər Abbasov cəzasını çəkəndən sonra yenidən cinayət törədib. O, Təhminə Bayramova və digər şəxslərlə cinayət əlaqəsinə girərək cinsi istismar məqsədilə Azərbaycan vətəndaşı olan qadınları Türkiyə Respublikasının Nazilli şəhərinə apararaq insan alveri törədib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər