Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırım törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç bu gün məhkəmə qarşısına çaxarılıb.
Teleqraf.com xəbər verir ki, iclasa Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev sədrlik edib.
Proses Yasamal rayon Məhkəməsinin inzibati binasında baş tutub. Cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Təqsirləndirilən şəxsə erməni dili üzrə mütəxəssis İsmayıl Tanrıverdi təqdim olunub.
Daha sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ona hüquqları izah edilib. Məhkəmədə çıxış edən Vaqif Xaçaturyan hüquqlarının ona aydın olduğunu deyib.
Daha sonra çıxış edən Baş Prokurorun köməkçisi, ədliyyə müşaviri Müqəddəs Sulaynovb bildirib ki, cinayət işi üzrə qanun pozuntusuna yol verilməyib. Prokuror için məhkəmə baxışına verilməsini təklif edib.
Həmçini prokuror cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığın deyib.
Prosesdə iştirak edən zərərçəkmiş Xocalı rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Murad Hüseynov və zərərçəkmiş Meşəli kənd sakini Hüseyn Hümbətov işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər.
Həmçinin Vaqif Xaçaturyan və onun vəkili Natiq Bəybalayev də işin məhkəmə baxışına verilməsini istəyiblər. Daha sonra hakimlər hazırlıq iclasının qərarını elan etmək üçün müşavirə otağına yollanıblar.
Müşavirədən qayıdan hakim heyəti hazırlıq iclasının qərarını elan ediblər.
Məhkəmə baxışı oktyabrın 17-nə təyin olunub.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
***
10:24
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsi başlayıb.
Teleqraf.com xəbər verir ki,cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə araşdırılır.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
***
07:55
Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezoviç bu gün məhkəmə qarşısına çıxarılacaq.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edəcək.
Qeyd edək ki, cinayət işi üzrə məruzəçi hakim Camal Ramazanovdur.
Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılacaq. Məhkəmənin hazırlıq iclasının saat 10.00-da başlanacağı gözlənilir.
Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Verilmiş maddələrin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir.
Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.
Bunlar Xudayarova Sürəyya Alış qızı, Zeynalov Məhəmməd Addıxan oğlu, Mehrəliyeva Elnarə Çərkəz qızı, Kazımov Xəlil Mahmud oğlu, Eyyubov Kamil Baba oğlu, Kazımov Ramil İbrahim oğlu, Rəcəbov Nemət Kamal oğlu, Salmanov Teymur Rəfi oğlu, Quliyev Mətləb Qənimət oğlu, Kazımov Səfa Xəlil oğlu, Ağayev Faiq Alış oğlu, Mehralıyev Amil Əli oğlu, Quliyeva Ruba Nağı qızı, Quliyev Qənimət Əli oğlu, Quliyev İsmayıl Qənimət oğlu, Cəbiyev Qərib Nemət oğlu, Mehralıyeva Ziba Məmməd qızı, Rəcəbov Kamran Kamal oğlu, Əzizova Elmira Məhəmməd qızı, Əkbərov Nadir Həsənbala oğlu, Novruzov Novruz Məhərrəm oğlu, Nurməmmədov Zahid Mirzə oğlu, Nurməmmədov İbrahim Hüseyn oğlu, Behbudov Behbud Hacı oğlu, Məmmədov Təmraz Heybət oğlu, Salmanov Eldar Rəfi oğlu, Novrizov Zakir Novruz oğlu, Novruzova Adilə Məhəmməd qızı, Sadıqov Ramil Ramiz oğlu, Qasımova Nübar Məhəmməd qızı, Əzimov Tahir Eyyub oğlu, Qonaqov Musa Mirzağa oğlu, Səfərəliyev Zakir Qadeş oğlu, Behbudov Əli Məhəmmədəli oğlu, Mehrəliyeva Firuzə Rza qızı, Nurməmmədova Pakizə İslam qızı, Nurməmmədov Hüseyn Rza oğlu, Hacıyev Fazil Həsən oğlu, Allahverdiyev Vidadi Müsül oğlu, Allahverdiyeva Ayşən Murad qızı, İbadullayev Nadir Nəbi oğlu, Mehrəliyeva Firuzə İsmayıl qızı, Novruzova Rübabə Novruz qızı, Hüseynov Çingiz Xanəhməd oğlu, İbadullayev Elşən İsmayıl oğlu, Alışov Alış Musa oğlu, Rəhimova Bəyim Oqtay qızı, Hacıyev Sadiq Həsən oğlu, Kazımov Məmməd İslam oğlu, Hacıyev Bayram Həsən oğlu, Salmanov Nurəddin Yekafi oğlu, Mehrəliyev Əli Mürsəl oğlu, Rəhimov Salman Oqtay oğlu, Salmanov Ədalət Yekafi oğlu, Qasımov Ənvər Bahadur oğlu, Hembətov Bəhlul Müseyb oğlu, Novruzova Rahilə Novruz qızı, Rüstəmov Hidayət Eldar oğludur.
Həmçinin Xocalı rayon İcra Hakimiyyəti də zərərçəkmiş qismində tanınıb.