Bakıda qadını kirayə yaşadığı evdə öldürməkdə təqsirləndirilən Elnur Məhərrəmovun məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi keçirilən prosesdə hökm oxunub.
Elnur Məhərrəmov 15 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə noyabrın 12-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda 1975-ci il təvəllüdlü Kifayət İsayevanın kirayə yaşadığı evdə öldürülməsi barədə polis orqanlarına məlumat daxil olub.
Aparılan araşdırmalarla K.İsayevanı öldürərək hadisə yerindən qaçan naməlum şəxsin 1981-ci il təvəllüdlü Elnur Məhərrəmov olmasına əsaslı şübhələr müəyyən edilib.
E. Məhərrəmov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam adam öldürmə) maddəsi ilə ittiham olunub.