Bakının Nəsimi rayonunda silsilə oğurluq hadisələri törədənlər həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağsu rayon sakinləri Əlisahib Bədəlov və Qabil Nağıyev saxlanılıblar.
Onlar Bakı şəhər sakinləri Gülbahar Qasımovaya məxsus gözəllik salonundan, Elman Əsədova məxsus yardımçı otaqdan, Nargilə Bayramovaya, Səkinə Cəfərliyə məxsus apteklərdən, Kəmalə Qafarovaya məxsus mağazadan, Əli Mustafayevə və Şamxal İsmayılova məxsus avtomobillərdən pul, velosiped və məişət əşyaları oğurlayıblar.
Hacı Zeynalov