17 Yanvar 2015 20:52
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Muğan kəndində (rayon mərkəzindən 4 km aralı) vətəndaşa məxsus “Dang-Fang” markalı yük avtomobilində baş verib. Nəticədə avtomobilin kabinəsi və qabaq təkərləri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: