5 Noyabr 2023 00:14
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiberdələduzlar tərəfindən növbəti saxta ödəniş portalı yaradılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, portal vasitəsilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən tətbiq edilən cərimələrin müəyyən güzəştlərlə ödənilməsi vədi verilir.

Vətəndaşlardan saxta səhifədə göstərilən keçidə daxil olduqdan sonra fərdi və bank kartı məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta ödəniş səhifələrinə etimad göstərməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız rəsmi ödəniş portalları vasitəsilə ödəniş həyata keçirməyi tövsiyə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər