Samuxda qonşu üç nəfəri bıçaqlayıb, daha sonra özünə xəsarət yetirib.
Teleqraf.com xəbər verir ki, hadisə Çobanabdallı kəndində baş verib.
41-yaşlı Fədail Quliyev ilk olaraq qonşusu 22 yaşlı Ayxan Nəbiyevi bıçaqla vurub. Daha sonra isə onun anası Aynur Nəbiyevaya bıçaqla xəsarət yetirib.Ardından hadisə zamanı səs-küyə çıxan daha bir qonşusu 1960-cı il təvəllüdlü Həsənov Xaliq Zamanı oğlunu bıçaqlayıb.
F.Quliyev sonda özünə xəsarət yetirib. O, polis tərəfindən saxlanılıb.
İlkin məlumata görə, hadisəni törədən şəxsin ruhi problemləri var. Hadisənin səbəbi açıqlanmır.
Yaralılardan Aynur Nəbiyeva, oğlu Ayxan Nəbiyev və Xaliq Zamanov xəstəxanaya yerləşdiriliblər.
Yaralılar yüngül xəsarətlər alıblar.
Faktla bağlı araşdırma başlanılıb
18:34
Samux rayon Çobanabdallı kədində ana və oğlu bıçaq xəsarətləri alıb.
Teleqraf.com xəbər verir ki, mübahisə zəminində bıçaq xəsarətləri alan 2001-ci il təvəllüdlü Ayxan Nəbiyev və onun anası 1980-ci il təvəllüdlü A.Nəbiyeva xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs də döyülərək müxtəlif bədən xəsarətləri alıb və həmin şəxs də xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır..