13 Noyabr 2023 09:30
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Aqil Babayevin barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Teleqraf.com xəbər verir ki, Aqil Babayevin vəkilləri tərəfindən verilən şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqil Babayev 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmədə zərərçəkmişlərin mülki iddiasının təmin edilməsi barədə qərar qəbul olunub. Aqil Babayevin adına olan ev və avtomobil müsadirə ediləcək, satışa çıxarılaraq zərərçəkmişlərə ödəniləcək.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Aqil Babayev özünü təqsirli bilmir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər