28 Noyabr 2023 16:26
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham olunan meyxanaçı, "Mahir Ay Brat" ləqəbi ilə tanınan Mahir Qonşuyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan proses keçirilib.

Prosesdı prokuror ittiham aktını elan etməli idi.

Ancaq məlum olub ki, iclasda tərcüməçi iştirak etmir. Bu səbəbdən məhkəmə iclası dekabrın 12-dək təxirə salınıb.

Qeyd edək ki, meyxanaçının saxlanılarkən üzərində metamfetamin aşkar edilib. Həmçinin onun sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında cinayətkarlığı təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.

Mahir Qonşuyevə qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər