Bakının Nəsimi rayonunda cibgirliklə məşğul olan şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Vidadi Kərimov tutulub.
Vidadi Kərimov yanvarın 19-da 61 saylı xətt avtobusunda Bakı şəhər sakini Azay Əhmədovun cibindən mobil telefon oğurlayıb. Həbs olunan zaman ondan 1,460 qram tiryək götürülüb.
Hacı Zeynalov