Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atası baltalarayaq öldürən Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Şamil Razxayevin cinayət işi məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü ilin may ayının 10-da Türkan qəsəbəsi Üzümçülük sovxozunda baş verib. 1997-ci il təvəllüdlü Şamil Rzayev yaşadığı evdə münaqişə zəmnində atası 1972-ci il təvəllüdlü Qalib Nəsu oğlunun baş nahiyəsinə üç dəfə balta ilə vuraraq qətlə yetirib. Şamil Rzayev Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Şamil Rzayev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov