8 Yanvar 12:34
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Bu barədə Teleqraf.com-a Şirvan şəhər prokurorluğundan bildirilib.

Yanvarın 8-də saat 10:30 radələrində Şirvan şəhəri ərazisində 1950-ci il təvəllüdlü Allahverdi Şərifovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1979-cu il təvəllüdlü Seymur Şərifovun Şirvan şəhəri 28 May küçəsində yerləşən mənzildə aralarında yaranmış mübahisə zamanı atası Allahverdi Şərifova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Şərifov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

10.44

Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Şərifov Allahverdi Şərif oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Şərifov Seymur Allahverdi oğlu saxlanılıb.

Araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər