8 Yanvar 13:51
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalanda quldurluq törətməkdə ittiham olunan Qismət Soltanov, Xankərəm Umudov və Kənan Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Sumqayət Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarın 11-ə təyin edilib.

Qeyd edək ki, bu ilin fevralın 10-da Xırdalan şəhərində 3 nəfərin Bakı şəhər sakini olan bir kişinin videogörüntülərini sosial şəbəkədə yayacağı ilə hədələyib, ondan 1350 manatını almaları barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Qismət Soltanov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Xankərəm Umudov və Kənan Nağıyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların fevralın 7-də yaşadıqları evdə bir nəfəri bıçaqla hədələyərək mobil telefonunu, 850 manatını, instaqram səhifəsini ələ keçirmələri, yanvarın 15-də isə digər bir şəxsi döyərək 500 manatını və qızıl boyunbağısını quldurluq və hədə-qorxu ilə talamaları müəyyən olunub.

Qismət Soltanov sosial şəbəkələrdə "trans Səbiş" ləqəbi ilə tanınan şəxsdir. O, daha əvvəl də Nəsimi rayonunda binaların birində elektrik enerjisinin kəsilməsinə görə komendantın köşkünə bıçaqla hücum çəkmişdi.

Həmin dövrdə onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə) maddəsi ilə cinayət işi başlanılmışdı. Bu maddə ilə ona Nəsimi Rayon Məhkəməsinin hökmü ilə şərti cəza verilmişdi.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər