24 Yanvar 2015 09:56
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Şamaxı yolunda “FORD” markalı yük avtomobili aşıb, sürücü dünyasını dəyişib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verır ki, Bakı-Şamaxı yolunun 133-cü kilometrliyində- Şamaxı rayonu ərazisində 1930-cu il təvəllüdlü Bayramov Kamil Musa oğluna məxsus “FORD” markalı yük avtomobili yol kənarına aşıb.

Yanğınsöndürən-xilasedicilər avtomobilin altında sıxılmış vəziyyətdə qalmış K.Bayramovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: