16 Fevral 17:24
1 543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən Rauf Hüseynov ömürlük, Ceyhun İsayev 20 il, Ramin İsayev isə 5 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən Rauf Hüseynov və Ceyhun İsayevin ömürlük, Ramin İsayevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, qətl hadisəsi ötən il fevralın 11-də gecə saat 2 radələrində Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib.

Daha sonra Ceyhun İsayev, Rauf Hüseynov və Ramin İsayev şübhəli şəxs qismində saxlanılıb.

Rauf Hüseynov və Ceyhun İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs,qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (Xuliqanlıq) və Ramin İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

Qətlə yetirilən İlkin Rzayev keçmiş polis əməkdaşı olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər