20 Fevral 22:24
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya Daxili Təhlükəsizlik Xidməti Rusiyaya casusluqda şübhəli bilinən 10 nəfəri saxlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxna “X” platformasında paylaşımında bildirib. O, saxlanılanların Rusiyanın təlimatları əsasında fəaliyyət göstərən individuallar olduğunu, məqsədlərinin qorxu və gərginlik yaratmaq, Ukraynaya qətiyyətli dəstəyin kəsilməsinə nail olmaq olduğunu qeyd edib.

Baş nazir Kaya Kallas isə Estoniyanın Rusiya təhlükəsizlik xidmətlərinin hibrid əməliyyatının qarşısını uğurla aldığını qeyd edib.

“Biz bilirik ki, Kreml bizim bütün demokratik cəmiyyətlərimizi hədəfə alır”, - Kallas qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər