27 Yanvar 2015 12:52
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Mehdiabad qəsəbəsində qadını boğaraq qətlə yetirən Səbuhi Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin iyulun 26-da Abşeron rayonunun Mehdiabad qəsəbəsində Məlahət Rəsulovanın yaşadığı evdə yanğın baş verib və yanğın söndürüldükdən sonra onun meyiti tapılıb.
Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məlahət Rəsulovanı evində boğaraq qətlə yetirmiş rayon sakini, əvvəllər məhkum olunmuş Səbuhi Babayev tutulub.

Araşdırmalar zamanı Məlahət Rəsulovanın boğulma yolu ilə qətlə yetirilməsi və evinin yandırılması müəyyən edilib.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesdə Səbuhi Babayevin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı fevralın 3-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər