Lənkəran Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alqı-satqısında ittiham olunan 1978-ci il təvəllüdlü Emin Davudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Emin Davudov ötən ilin fevralın 24-də həbs edilib. Lənkəran rayonunun Göyşaban kənd sakini Emin Davudovdan 1 kiloqram 2 qram tiryəki və 40 qram marixuanana aşkarlanıb. Emin Davudovun əvvəllər də məhkumluq həyatı yaşayıb.
Emin Davudov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham edilib.
Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökm ilə Emin Davudov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov