Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən Elvin Əzimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsi, E. Xəlilov küçəsi-1 ünvanında yaşayan, 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 1968-ci il təvəllüdlü Esmira Talış qızı Əzimov bıçaqlayaraq qətlə yetirib.
Elvin Əzimov qətli törətdikdən sonra qaçmaq istəyib və onun hündürlükdən yıxılaraq hər iki ayağı sınıb. Elvin Əzimov saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə Elvin Əzimovun anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 4-nə təyin olunub.
Hacı Zeynalov