Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə yanvarın 27-də qeydə alınıb. Bakı şəhər sakini Şərif Alıyev xuliqanlıq zəminində Bərdə rayon sakini Rahib Rəhimlini bıçaqlayıb. Rahib Rəhimli xəstəxanaya yerləşdirilib.
Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərif Alıyev tutulub. O, törətdiyi cinayəti etiraf edib.
Hacı Zeynalov