Qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparan Gəncə sakini tutulub.
Teleqraf.com Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Aidə Rzayevanın qadınları cinsi istismar məqsədilə Türkiyəyə aparması müəyyən edilib və tutulub.