9 İyul 00:58
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahaçqala və Dərbənddə törədilən hücumların iştirakçıları terrorda ittiham ediliblər.

Teleqxəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.

“Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə baş vermiş silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və hadisəni törətməkdə şübhəli bilinənlər məhkəmə tərəfindən həbs ediliblər. Digər şəxslərin, o cümlədən ictimaiyyətin diqqətini cəlb edən şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır. İstintaq hərtərəfli və obyektiv araşdırma aparacaq ki, bu terror aktlarının iştirakçılarının heç biri cinayət məsuliyyətindən yayınmasın”, - deyə məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər