26 İyul 00:38
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda dava zamanı 29 yaşlı kişi ürəyindən bıçaqlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Fərrux Ayaz oğlu Babayev tanımadığı şəxslə dava zamanı ürəyindən bıçaqlanıb. Yaralı təcili 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.

Onun vəziyyəti ağır olduğu üçün F.Babayev Sabunçu Tibb Mərkəzinə göndərilib. Tibb Mərkəzinin həkimləri onu təxminən iki saat müddətində cərrahiyə əməliyyat ediblər.

Bundan sonra F.Babayev reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Hadisəni törədən 1987-ci il təvəllüdlü Ehtiram Cavadov saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər