Rusiyada keçmiş məhkum birgə yaşadığı sevgilisini öldürüb.
Teleqraf.com xəbər verir ki, hadisə Omsk vilayətində baş verib.
Bildirilir ki, spirtli içki qəbul edən kişi sevgilisi ilə danışmaq istəyib, lakin qadın yuxusu gəldiyindən yatmaq istəyib. Bu davranışından qəzəblənən cinayətkar onun başına dəfələrlə zərbə endirərək qətlə yetirib.
Şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.