Moskvanın mərkəzində, Patriarx gölündə yerləşən "Leylək" restoranının yaxınlığında atışma olub.
Teleqraf.com xəbər verir ki, bu barədə "Mash" Telegram kanalı məlumat yayıb.
Şahidlər beş atəş səsi eşitdiklərini bildiriblər. Qeyd olunur ki, hadisə yerinə gələn polis əməkdaşları restoranı mühasirəyə alıb və insanlar təxliyə ediblər.
Atəş açan şəxs saxlanılaraq polis bölməsinə aparılıb.