7 Sentyabr 12:56
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Abzas Media" işi çərçivəsində həbs edilən Hafiz Babalı barəsində olan həbs qətimkan tədbiri uzadılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, onun həbs müddəti daha üç ay uzadılıb.

Xatırladaq ki, H.Babalı ötən il dekabrın 13-də saxlanılıb. Dekabrın 14-də onun barəsində məhkəmə 3 aylıq həbs qətimkan tədbiri seçib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər