Bakının Nərimanov rayonunda 37 yaşlı kişi baltalanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Azər Şaban oğlu İbrahimov qolundan və kürəyindən balta xəsarətləri alıb.
Küçədən keçən şəxslər onu zibil qutularının yanında aşkar edərək polisə məlumat verib.
A.İbrahimovun ağır yaralı halda tapılıb. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Verilən məlumata görə, o yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı balta xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.