15 May 2014 17:48
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərinin ərazisində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Xırdalan şəhər sakini Sahil Bağırov bıçaqlanıb. Bıçaq xəsarəti alan Sahil Bağırov xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım alan Sahil Bağırovun həyatı xilas olunub. O, hazırda həkim müayinəsi altında müalicə alır.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Orxan Muradov tutulub.

Hacı Zeynalov


Müəllif: