Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, G.Şıxlinski küçəsində yerləşən mənzildə Masallı rayon sakini İlqar Abbasovun 120 manat pulu, iki ədəd mobil telefonu, Qobustan rayon sakini Adəm Lətifovun 80 manat pulu, mobil telefonu oğurlanıb.
Xətai rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluğu törətməkdə şübhəli bilinən, İlqar Abbasov və Adəm Lətifovla eyni ünvanda kirayədə yaşayan Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Hüseyn Cəlal oğlu Əhmədzadə müəyyən olunaraq tutulub.
Hacı Zeynalov