6 Mart 2015 10:54
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisinin dilənçilərə qarşı əməliyyatı tədbirləri davam etdirilir. Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, növbəti əməliyyat Daxili İşlər Nazirliyinin Çevik Polis Alayı, Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsi, Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi, Post Patrul Xidməti Bölüyü, Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat nəticəsində, paytaxt ərazisində avara və dilənçiliklə məşğul olan 38 nəfər saxlanılıb. Onlardan 21 azyaşlı, 6 kişi və 11 qadın olub. Həmin şəxslərin barəsində müvafiq tədbir görülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər